main-post-cover

    OnePlus-ın Buds adlı ilk naqilsiz qulaqlıqları - QİYMƏTİ

    Elm & Texnologiya
    22.07.2020
    Farid Pardashunas
        OnePlus şirkəti dünən yeni Nord smartfonu ilə birlikdə özünün OnePlus Buds adlı ilk naqilsiz qulaqlıqlarını da təqdim etdi. Şirkətin ilk naqilsiz qulaqlıqlarının özəllikləri arasında uzun müddət çalışma, sürətli şarj texnologiyası, smartfonla sürətli sinxronizasiya və münasib qiymət var. Xarici görünüşcə OnePlus Buds qulaqlığı Apple AirPods-u xatırladır. Lakin qulaqlıqların şarj keysi Pixel Buds 2-nin şarj keysinə bənzəyir.
        Qulaqlıqları keysdən çıxardan zaman onlar avtomatik şəkildə smartfona qoşulurlar. Həmçinin istifadəçi qulaqlıqları qulağından çıxaran zaman musiqi avtomatik olaraq dayanır və əgər istifadəçi onları yenidən qulağına taxarsa musiqi qaldığı yerdən davam edir. OnePlus Buds-da ətraf səs-küyün boğulması funksiyası da reallaşdırılıb.
        OnePlus Buds-ın əsas özəlliklərindən biri də onun çalışma müddətidir. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu qulaqlıqlar 7 saata qədər çalışa bilirlər. Keys vasitəsilə şarj prosesini nəzərə alaraq isə onlar 30 saata qədər çalışa bilərlər. Warp Charge adlı sürətli şarj texnologiyası vasitəsilə 10 dəqiqə şarj olunandan sonra OnePlus Buds ilə 10 saat musiqi dinləmək olar. Naqilsiz OnePlus Buds 79$ qiymətində satılacaq və 27 iyul tarixində satışa çıxacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər