main-post-cover

    OnePlus həmtəsisçisinin yeni Nothing adlı brendinin ilk naqilsiz qulaqlığının dizaynı təqdim olunub

    Elm & Texnologiya
    10.03.2021
    Emil Nəcəfov
        OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni brendinin ilk məhsulunun dizaynını təqdim edib. Əvvəlcədən verilmiş rəsmi məlumatda qeyd edildiyi kimi söhbət, naqilsiz qulaqlıqdan gedir. Təqdim edilmiş fotoda əks olunmuş qulaqlıq Nothing Consept 1 adını daşıyır. Lakin qulaqlığın bu ad ilə satışa çıxıb-çıxmayacağı bilinmir. Təqdim edilmiş bir foto ilə qulaqlığın dizaynını da qiymətləndirmək çətindir. Lakin əminliklə demək olar ki, qulaqlıq kompakt ölçüyə sahib olacaq.
        Bununla yanaşı şirkət təmsilçiləri qeyd edibər ki, nəticədə satışa çıxacaq qulaqlığın dizaynı fotoda əks olunan dizayndan tamamilə fərqlənə bilər. Məlumdur ki, sözügedən naqilsiz qulaqlığın dizaynı Nothing ilə İsveçin musiqi təchizatı istehsalçısı olan Teenage Engineering şirkəti arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb. Nothing brendinin təmsilçiləri onu da bildiriblər ki, qulaqlığın şəffaf gövdə elementləri insanları texnologiyalara yaxın etmək cəhdidir. Qeyd etmək lazımdır ki, Nothing brendinin ilk naqilsiz qulaqlığı bu ilin yay fəslində təqdim olunacaq və şirkətin genişmiqyaslı ekosisteminə start verəcək ilk məhsul olacaq.
    Linki kopyala