main-post-cover

    OnePlus CEO-su Pete Lau: 'Bizim smartfonlarda reklam elanları yoxdur və olmayacaq'

    Elm & Texnologiya
    24.12.2019
    Farid Pardashunas
        Bir çox smartfon istehsalçıları (ilk növbədə Xiaomi) öz smartfonlarının qiymətlərinin aşağı salınması və ya daha çox gəlir əldə olunması üçün həmin smartfonların əməliyyat sistemlərindəki istifadəçi interfeyslərinə reklam elanlarını əlavə edirlər. Lakin OnePlus şirkəti bu cür strategiyaya qarşıdır. Bu barədə Gizmochina saytı xəbər verib.
        Bu məsələ barədə bir neçə müddət bundan öncə OnePlus şirkətinin CEO-su Pete Lau danışıb. “Bizim cihazlarımızda reklam yoxdur. Lakin biz onları bir qədər baha qiymətə sataraq bunun üzərində gəlir əldə edə bilərik. Biz, büdcəli cihazlar yaratmağa can atmırıq. Bizim əsas prioritetimiz keyfiyyət və qiymət arasındakı tarazlığın qorunmasıdır” - deyə Pete Lau qeyd edib.
        Lau-nun sözlərinə əsasən şirkət öz cihazlarına yeni funksiyaları yalnız o zaman əlavə edir ki, onlar istifadəçilərə həqiqətən də lazım olsunlar. Smartfonlarda və digər cihazlarda reklam inteqrasiyası isə lazım olmamaqla yanaşı həmçinin istifadəçiləri qıcıqlandırır. Buna görə də şirkətin OxygenOS istifadəçi interfeysində və cihazlarında reklam elanları yoxdur və olmayacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər