OnePlus 8 və OnePlus 8 Pro smartfonlarının təqdimat tarixləri barəsində məlumat verildi
Elm & Texnologiya
31.10.2019
Farid Pardashunas
Baxmayaraq ki, OnePlus 7T və 7T Pro smartfon modelləri hələ bir neçə müddət bundan öncə satışa çıxıblar, internetdə artıq OnePlus 8 və OnePlus 8 Pro modelləri barəsində məlumatlar çıxmağa başlayıb. İndi isə sözügedən smartfon modellərinin təqdimat tarixləri barəsində məlumat verilib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Samsung News ləqəbi ilə tanınan insayderin verdiyi məlumata əsasən OnePlus 8 və OnePlus 8 Pro modelləri 2020-ci ilin ikinci rübündə təqdim olunacaqlar. Başqa sözlə desək, təqdimat tədbiri aprel və iyun ayları arasında keçirilməlidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus 7 və OnePlus 7 Pro modelləri bu ilin 14 mart tarixində təqdim olunmuşdular. Təbii ki, gələn il təqdim olunacaq smartfonlar barəsində hələ rəsmi bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)