OnePlus 8 smartfonlarının texniki özəllikləri və qiymətləri məlum oldu
Elm & Texnologiya
19.02.2020
Farid Pardashunas
OnePlus 8 smartfon seriyasının cihazlarının texniki özəllikləri barəsində məlumatlar daha əvvəllər ortaya çıxsa da həmin cihazlarn qiymətləri bilinmirdi. Lakin indi həmin məlumatlar da ortaya çıxıblar. Belə ki, OnePlus 8 seriyasına daxil olacaq hər 3 cihaz barəsində yeni məlumatlar Giztop adlı online mağazada ortaya çıxıb. Bu barədə iGeekphone saytı xəbər verib.
Beləliklə məlumata əsasən OnePlus 8 Lite modeli 90 Hz-lik təvir yenilənməsinə və Full HD+ keyfiyyətə sahib 6.4 düym AMOLED ekran, MediaTek Dimensity 1000 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP + 12 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera (Sony IMX471) və sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun qiyməti 499$-dan başlayacaq.
Adi OnePlus 8 modeli 1080p keyfiyyətli 6.55 düym AMOLED ekran və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Lite modeldən fərqli olaraq adi OnePlus 8 modeli Snapdragon 865 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP + 12 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera (Samsung GD1) və sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 8-in qiyməti 549$-dan başlayacaq.
OnePlus 8 Pro-ya gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekran, Snapdragon 865 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 60 MP + 16 MP + 13 MP üçlü arxa kamera, 32 MP (Samsung GD1) + ToF ikili ön kamera və 50 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 8 Pro-nun qiyməti 799$-dan başlayacaq. OnePlus 8 smartfon seriyasının təqdimat tarixi hələ bilinmir. Ortaya çıxmış bu məlumatlar isə şirkət tərəfindən təsdiqlənməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)