main-post-cover

    OnePlus 8 Pro'nun rəsmi sxematik fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    20.11.2019
    Emil Nəcəfov
        True-tech saytının jurnalistləri özündə OnePlus 8 Pro smartfon modelinin rəsmi sxematik təsvirlərini əks etdirən PDF fayl əldə ediblər. PDF faylda əks olunmuş fotolar hələ bir neçə müddət bundan öncə OnLeaks ləqəbli məşhur insayderin OnePlus 8 Pro barəsində təqdim etmiş olduğu render fotoları təsdiqləyir. Beləliklə fotodan da görmək olar ki, gələn il təqdim ediləcək OnePlus 8 Pro modelində şirkət gövdənin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş kamera konstruksiyasından imtina edəcək.
        Onun yerinə OnePlus 8 Pro-nun ön kameraları ekran üzərində yerləşdiriləcək. Fotolara əsasən demək olar ki, şirkət smartfonun hansı sayda ön kameraya sahib olacağı barəsində hələ bir qərara gəlməyib. Lakin dəqiq olan odur ki, OnePlus 8 Pro dörd arxa kamera ilə təchiz olunacaq. Son məlumat sızıntılarına əsasən smartfon 6.65 düym AMOLED ekran, Snapdragon 865 prosessoru və 12 GB RAM ilə təchiz olunacaq. OnePlus 8 Pro modeli adi OnePlus 8 ilə birlikdə gələn ilin ikinci rübündə təqdim olunmalıdır.
    Linki kopyala