main-post-cover

    OnePlus 7T ilə 7T Pro'nun kameraları bir-birilərindən fərqlənəcəklər

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        26 sentyabr tarixində OnePlus şirkəti öz yeni məhsullarını təqdim edəcək. Həmin təqdimat tədbirində OnePlus TV adlı ilk smart televizordan əlavə olaraq şirkət yeni smartfon modellərini də təqdim edəcək. Söhbət, OnePlus 7TOnePlus 7T Pro modellərindən gedir. İndi isə aksessuar istehsalçısı bu smartfon modellərinin əldə edəcəkləri kameralar barəsində məlumat verib. Bu barədə Gizmochina saytı xəbər verib.
        Aksessuar istehsalçısı tərəfindən təqdim edilmiş fotoda sözügedən smartfonlar üçün nəzərdə tutulmuş keyslər əks olunublar. OnePlus 7T Pro üçün nəzərdə tutulmuş keys fotosundan da belə qənaətə gəlmək olar ki, onun kameraları adi OnePlus 7 Pro modelindəki kimi olacaq. Yəni smartfonun üçlü arxa kamerası zolaq formasında olan sahədə bir sıra ilə yerləşəcək. Zolaqın kənarında olan kiçik çıxıntı hissə isə deyəsən dördüncü kamera ötürücüsü üçün nəzərdə tutulub. Söhbət, ToF kamera modulundan gedə bilər.
        OnePlus 7T Pro-nun əsas kamerası 48 MP-lik olacaq. Həmçinin kameranın 3 qat optik zoom özəlliyini də dəstəkləyəcəyi gözlənilir. OnePlus 7T modelinə gəldikdə isə onun arxa kamera forması əvvəlki modellərdən tamamilə fərqlənir. Belə ki, smartfonun arxa kameraları və işıqlandırma sistemi dairəvi formalı sahənin daxilində yerləşdiriləcək. Son məlumat sızıntısına əsasən smartfonlar 2K keyfiyyətli ekran və Snapdragon 855 Plus prosessoru ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər