main-post-cover

    OnePlus 7 Pro smartfonunun maya dəyəri nə qədərdir?

    Elm & Texnologiya
    13.07.2019
    Farid Pardashunas
        May ayının ortasında təqdim edilmiş OnePlus 7 Pro smartfon modeli şirkətin ən bahalı modelidir (5G versiyasını saymasaq). O, Quad HD keyfiyyətli tamamilə çərçivəsiz ekran, sürətli UFS 3.0 standartlı daxili yaddaş həcmi və gövdənin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera ilə təchiz olunub. İndi isə internetdə sözügedən smartfon modelinin komponentlərinin qiymətləri ortaya çıxıb. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Beləliklə ümumi nəticəyə əsasən smartfonun maya dəyəri 324.21$ təşkil edir. Bu qiymətə smartfonun istehsalat, marketinq, logistika və s. kimi xərcləri daxil deyil. Maya dəyəri sırf smartfonun komponentlərin qiymətləri əsasında təyin edilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1 ədəd Galaxy S10+ modeli Samsung şirkətinə 420$-a başa gəlir. OnePlus 7 Pro-nun istehsalında ən yüksək qiymətə sahib olan komponent isə məhz 6.47 düym AMOLED ekrandır.

        Qeyd etmək lazımdır ki, ekranlar Samsung tərəfindən istehsal olunur. Maraqlısı ondadır ki, Galaxy S10+ modelinin ekranının qiyməti 6.5$ daha baha başa gəlir. OnePlus 7 Pro-nun prosessoru 70$-a, kamerası 27.29$-a, LPDDR4X formatlı 6 GB RAM-ı 26$-a və 128 GB daxili yaddaş həcmi 20$-a başa gəlir. Sadalanmış komponent qiymətləri OnePlus 7 Pro-nu istehsalat xərclərinin 2/3 hissəsini təşkil edir. 6 GB RAM ilə 128 GB daxili yaddaşa sahib OnePlus 7 Pro modeli 669$-a satılır. Bu isə onun komponentlərinin qiymətlərindən iki dəfə çoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər