main-post-cover

    OnePlus 7 Pro'nun əlavə kamerasının əslində üçqat optik zoomu dətəkləmədiyi məlum oldu

    Elm & Texnologiya
    25.05.2019
    Emil Nəcəfov
        Jurnalistlər və texnobloqqerlər artıq bir neçə həftədir ki, OnePlus 7 Pro smartfon modelini test edirlər. Smartfon bir çox müsbət fikirlər əldə etsə də yenə də problemsiz ötüşməyib. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatı zamanı şirkət bildirmişdi ki, OnePlus 7 Pro modelinin teleobyektiv kamerası üçqat optik zoom özəlliyini dəstəkləyir. Lakin məlum olub ki, bu heç də belə deyil. Bu barədə Android Police saytına istinadən Gagadget saytı xəbər verib.

        Android Police saytının jurnalisti öyrənib ki, smartfonun əlavə kameralarından biri əslində 2.2x optik zooma sahibdir. Yerdə qalan 0.8 zoom isə SmartCapture texnologiyası vastəsilə sistem təminatı tərəfindən təmin olunur. Faktiki olaraq bu, rəqəmsal zoom ilə eynidir. OnePlus şirkəti bu məlumatı təsdiqləyib və qeyd edib ki, bu, fotoların keyfiyyətlərinə heç bir təsir göstərmir. Qeyd etmək lazımdır ki, bu cür vəziyyət vaxtı ikən OnePlus 5 modeli ilə də baş vemrişdi. O, ikiqat optik zoom özəlliyi yerinə 1.6x zoomu dəstəkləyirdi.
    Linki kopyala