main-post-cover

    OnePlus 7-nin daha təkmilləşdirilmiş versiyası OnePlus 7T təqdim olundu - QİYMƏTLƏR

    Elm & Texnologiya
    26.09.2019
    Emil Nəcəfov
        OnePlus şirkəti Hindistanda keçirtdiyi təqdimat tədbiri çərçivəsində öz yeni flaqman smartfon modeli olan OnePlus 7T-ni təqdim etdi. Yeni OnePlus 7T modeli daha öncə təqdim edilmiş adi OnePlus 7-dən xarici görünüşcə çox az fərqlənsə də texniki göstəricilər üzrə diqqətə layiq yeniliklər əldə edib. Beləliklə OnePlus 7T modeli 6.55 düym Fluid AMOLED ekrana sahibdir.
        Ekranın isə 90 Hz tezlik yenilənməsini özündə birləşdirir və HDR10+ texnologiyasını dəstəkləyir. Təqdimat zamanı şirkət bildirdi ki, o artıq öz smartfonlarında 60 Hz-lik ekranlardan istifadə etmək niyyətində deyil. Bununla yanaşı yeni modeldə ekran ətrafı çərçivələr daha da nazikləşib. Smartfonun əsas xarici görünüş dəyişikliyi məhz arxa paneldədir. Belə ki, OnePlus 7T-nin üçlü arxa kamerası arxa paneldə yerləşdirilmiş xüsusi dairəvi hissəsinin daxilində reallaşdırılıb.
        Əsas texnki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prossessoru, Adreno 640 qrafik sürətləndirici, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (UFS 3.0 standartlı), 48 MP (f/1.6 diafraqmalı, OIS + EIS) + 12 MP (f/2.2 diafraqmalı, 2 qat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı kamera modulu) üçlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı, EIS) ön kamera və WARP Charge 30T adlı sürətli enerji yığma texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfonun barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. OnePlus 7T modeli OxygenOS interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ay satışa çıxacaq. 128 GB daxili yaddaşa sahib model 535$-a, 256 GB daxili yaddaşa sahib model isə 564$-a satılacaq.
    Linki kopyala