main-post-cover

    OnePlus 5T Amerikada satışları dayandırdı

    Elm & Texnologiya
    24.03.2018
    Nijat Hamid
    Çinli şirkətlərin telefon bazarında payı getdikcə artır. Bu paydan böyük hissəni özünə götürən şirkətlərdən biri də OnePlus şirkətidi. "Flaqman Qatili" ləqəbli modelləri ilə bir çox istifadəçi tərəfindən sevilən şirkət OnePlus 6 modelini tanıtmaq üçün hazırlanır. Daha əvvəl xəbərlərini paylaşdığımız OnePlus 6 modeli üçün hazırlıq görən şirkət OnePlus 5T modelinin satışlarını Şimali Amerikada dayandırdı.
    OnePlus 5T artıq rəsmi olaraq Şimali Amerikada satılmır.    
    Bunu etməkdə şirkətin əsas məqsədi OnePlus 5T modelinə olan tələbatın həddindən çox olması və şirkətin stoklarının bu tələbat üçün yetərli olmamasıdı. Şirkətin özünə məxsus satış strategiyasına əsasən, hər 6 ayda bir yeni model çıxarır. Bunun hesabına həm bazardan özünə lazım olan payı ala bilir, həm də yenilikləri istifadəçilərə tam şəkildə çatdırır. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti Şimali Amerikada əvvəlki ilə nisbətən 139% daha çox satış edib və bu ümumi satışların 25%-lik hissəsini təşkil edir. Görünən odur ki, şirkət digər çinli rəqiblərindən fərqli addım ataraq hər flaqman modelindən limitli sayda istehsal edir və satışa çıxarır. Bunu etməkdə ən böyük səbəbləri tez bir zamanda böyük bir marka halını almaq istəməkləridir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər