main-post-cover

    Nvidia'nın yeni əjdahası GTX 1180 rekord qiymət ilə satışa çıxır

    Elm & Texnologiya
    14.06.2018
    Nijat Hamid
    Nvidia hal-hazırda ən güclü video kartları (GPU) istehsal edən şirkətdir. Video kart prosessorlardan (CPU) sonra bir kompüter üçün ən önəmli detallardan 1-i sayılır. 1080, 1080TiTitan X kimi güclü video kartlar Nvidia'nın ən bahalı məhsullarından olsa da, yeni Geforce GTX 1180 daha bahalı olacaq. Founders Edition olan və heç bir modifikasiya edilməyən GTX 1180 satış qiyməti ilə almaq istəyən istifadəçilərin gözünü qorxudacaq.
    Nvidia Geforce GTX 1180 İyulun 30-unda tanıdılacaq və 8 Gb GDDR6 versiyası 999 Dollar, 16 Gb GDDR6 versiya isə 1499 Dollar qiyməti ilə satışa çıxacaq.    
    16 Gb istifadə edən versiya Overclock ( Daha da sürətləndirilmiş ) dəstəkli hazırlandığı deyilir. Əlavə olaraq qeyd edək ki, yeni GDDR6 arxitekturasında hazırlanması səbəbi ilə 14-18 GB/san qədər məlumat transferi edə bilir. Bu da o deməkdir ki, yeni GTX 11 seriyası bazardakı ən güclü və ən sürətli video kartlar olacaq. Asus, MSİ və digərləri tərəfindən modifikasiya edilmiş versiyalar isə Avqust-Sentyabr aylarında satışda hazır olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər