Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımlandı!
Elm & Texnologiya
19.09.2020
Nijat Hamid
Nvidia şirkəti bir müddət əvvəl mövcud ekosistemin ən güclü videokartlarını təqdim etmişdi. RTX 3000 seriyasına daxil olan RTX 3070, RTX 3080 və RTX 3090 videokartları həm performansları ilə, həm də satış qiymətləri ilə böyük rəğbət qazana bilmişdilər. Nvidia-ın iddialarına görə 8K monitorlarda axıcı oyun performansı vəd edə bilən RTX 3090 videokartının performans test nəticələri artıq yayımlanıb.
RTX 3090 videokartı performans testlərinə görə RTX 3080-dən 20%, RTX 2080 Ti-dan isə 50% daha güclüdür.
Edilən 3DMark Time Spy, Port Royal və Firestrike performans testlərinin nəticələrinə görə RTX 3090 videokartı RTX 3080-dən 20%, RTX 2080 Ti-dan isə 50% daha güclüdür. Həmçinin Overlock.net forum istifadəçilərindən olan Vmanuelgm tərəfindən edilən overclock prosesləri ( Videokartın daha sürətli işləməsi üçün gərginliyi, videokarta gedən gücü artırmaq və s.) nəticəsində RTX 3090 daha yüksək nəticələr əldə edə bilib. Lakin bunun əvəzində normalda 390 W enerji istifadə edən videokart 550 W enerji istifadə etməyə başlayıb ki, bu da çox yüksək və təhlükəlidir. Vmanuelgm tərəfindən verilən məlumata görə bu prosesdən sonra RTX 3090 videokartının gücü 7% artsa da enerji istifadəsi 41% artıb. Qeyd edək ki, RTX 3090 videokartı üçün minimum 4K monitor istifadə etmək lazımdır. Əks halda videokart tam performansı ilə işləməyəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!