main-post-cover

    Nvidia Ampere A100 texnologiya dünyasının ən güclü videokartı oldu (Rekord)

    Elm & Texnologiya
    26.07.2020
    Nijat Hamid
            Nvidia şirkəti 2 illik aradan sonra arxitekturanı yeniləyərək Ampere adını verdiyi 7 nm-lik videokart arxitekturasına keçid edir. Bu il ərzində yeni Ampere (Nvidia Geforce RTX 3000 seriyası) videokartlarını təqdim etməsi gözlənilən şirkətin Ampere A100 videokartı rekord qırdı. OctaneBench performans testində istifadə edilən Ampere A100 videokartı ümumi olaraq 446 xal topladı.

    Bu nəticə Nvidia şirkətinin hal-hazırda ən güclü videokartı olan Titan RTX-dən 38% daha yaxşıdır.

            OTOY CEO-su olan Jules Urbach tərəfindən Twitter üzərindən paylaşılan nəticələrə görə yeni Ampere arxitekturasında olan videokartlar əvvəlki Turing arxitekturasına görə 43% daha güclüdür. Qısaca yeni Geforce RTX 3000 seriyalı videokartlart Geforce RTX 2000 seriyasına görə 40-50% arası daha güclü olacaq. Nvidia rəsmilərinin dediklərinə görə RTX 3000 seriyalı videokartlar hər mənada əvvəlki nəsilə görə ciddi performans artımını təmin edə biləcək. Testlərdə istifadə edilən Ampere A100 videokartı 54 milyon tranzistora malikdir. Bu isə rekord göstəricidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər