main-post-cover

    Nvidia AI(Süni zəka) ilə normal videodan slow motion video hazırladı (Video)

    Elm & Texnologiya
    22.06.2018
    Nijat Hamid
    Video kart istehsalçılarından olan Nvidia yeni texnologiyalar üzərində işləyir. Şirkətin tərkibindəki bir sıra mühəndislər süni zəka və deep learning adı verilən texnologiya ilə normal videoları yüksək keyfiyyətli slow motion (yavaş çəkim) videolara çevirdi. 30 FPS sürətindəki videolar sanki slow motion kamera ilə çəkilmiş kimi daha yüksək FPS-lərə çevrildi.
    Computer Vision and Pattern Recognition (CVPR) konfransı zaman sərgilənən bu texnologiyanın bir sonrakı planı 240 FPS-lik yavaş çəkim videoları hazırlamaqdır.    
    Süni zəka videolara əlavə frame qoyaraq videoları slow motion hala çevirir. Mühəndislər bildirir ki, bu sistem Nvidia Tesla v100 ekran kartları və CUDA Deep Neural Network (cuDNN) adlanan texnologiya ilə dəstəklənən PyTorch deep learning proqramından istifadə edir və günlük fərqli-fərqli kateqoriyalardan ümumilikdə 11000 video üzərində testlər aparırlar. Testin bir sonrakı məqsədi isə 240 FPS-ə çatmaqdır. Anlaşılan artıq video kartlara inteqrasiyalı süni zəkalar da görməyə başlaya bilərik.

    Linki kopyala