main-post-cover

    NVIDIA videoların keyfiyyətlərinin yaxşılaşdırılması texnologiyasını brauzerlərə gətirir (VİDEO)

    Elm & Texnologiya
    08.01.2023
    Farid Pardashunas
        NVIDIA şirkəti RTX Video Super Resolution texnologiyasını brauzerlər üçün adaptasiya edib. 360p keyfiyyətində olan videolar bundan sonra real zaman ərzində yüksək keyfiyyətli 4K videolara konvertasiya ediləcək. Şirkət öz növbəsində bu texnologiyanın necə çalışdığını sərgiləyib və ondan kimlərin istifadə edə biləcəklərini açıqlayıb. Qeyd etmək lazımdır ki, daha öncə RTX Video Super Resolution texnologiyası NVIDIA-nın Shield seriyasına daxil olan kompakt ölçülü oyun konsollarında aktiv idi. İndi isə şirkət sözügedən texnologiyanı brauzerlər üçün adaptasiya edib.
        Artıq gələn aydan başlayaraq bu texnologiya NVIDIA-nın RTX 30 RTX 40 seriyalarına daxil olan videokartlardan birinə sahib kompüterlərdə aktiv olacaq. Məlumatda qeyd edilib ki, RTX Video Super Resolution texnologiyası Google Chrome Microsoft Edge brauzerlərində işə düşəcək. Şirkət digər brauzerlər barəsində bir məlumat verməyib. Sözügedən texnologiya çərçivəsində NVIDIA alqoritmləri Youtube, Netflix, digər video və streaming servislərində olan videoların görüntü keyfiyyətlərini yüksəldəcəklər. Gözləntilərə əsasən bu texnologiya istənilən növ video ilə çalışa biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər