main-post-cover

    Növbəti Apple Watch Ultra modeli micro-LED ekranla təchiz oluna bilər

    Elm & Texnologiya
    15.03.2023
    Farid Pardashunas
        İnsayderlər Apple şirkətinin Watch Ultra flaqman smart saat modelinin növbəti versiyası barəsində məlumat veriblər. İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple növbəti Watch Ultra modelini micro-LED ekran ilə təchiz olunacaq. Şirkət hal hazırda müxtəlif məhsullarında micro-LED ekranların istifadə ehtimalını nəzərdən keçirdir. Lakin nəticədə Apple şirkətinin micro-LED ekran ilə təchiz olunacaq ilk məhsulunun Watch Ultra smart saatının olub-olmayacağı bilinmir.
        Bundan əlavə olaraq son məlumatlara əsasən şirkət özünün iPad MacBook modellərini AMOLED ekran ilə təchiz etməyi planlaşdırır. Buna görə də nəticədə şirkətin hansı ekran texnologiyasına keçid edəcəyi tam aydın deyil. Yeni məlumatda hətta qeyd edilib ki, növbəti Watch Ultra modeli üçün micro-LED ekranların istehsalı ilə Osram adlı şirkət məşğul olacaq. Bununla belə növbəti Watch Ultra modelinin ekranının ölçüsü 2.1 düym təşkil edə bilər. Apple Watch Ultra-nın növbəti modelinin nə zaman təqdim olunacağı aydın deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər