Reklam
Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Texnologiya
08.08.2022 PAYLAŞIM

    Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib. Təqdim edilmiş bu video ilə şirkət yaxın zamanda yeni naqilsiz qulaqlıqlarının təqdimatına işarə edib. Mukul Sharma adlı məşhur hindistanlı insayder bu məlumatı təsdiqləyib və şirkətin yeni naqilsiz qulaqlıqları barəsində bəzi məlumatları təqdim edib. Nothing tərəfindən təqdim edilmiş videoda birbaşa olaraq yeni naqilsiz qulaqlıqlar qeyd edilməyib. Videoda sadəcə olaraq piksellər vasitəsilə bulanıq formatda əks olunan kadr mövcuddur.


    Bundan əlavə olaraq vieoda Nothing şirkətinin aparıcı dizayneri Tom Howard bulanıq kadrda əks olunan obyektin Ear (1) qulaqlıqları olmadığını söyləyir. Bu videonun təqdim olunmasından sonra məşhur insayder Mukul Sharma Nothing şirkətinin 2 yeni naqilsiz qulaqlıq modeli barəsində bəzi məlumatları öz Twitter hesabında təqdim edib. Onun sözlərinə əsasən hazırlanan yeni qulaqlardan biri Ear (1) Stick, digəri isə Ear (2) adını əldə edəcək. Güman olunur ki, Ear (1) Stick modeli orijinal Ear (1)-in davamçısı olmayacaq və o, uzunsov dizaynda reallaşdırılmş şarj keysi ilə seçiləcək.

    Ear (1) Stick-in texniki özəllikləri barəsində məlumat yoxdur. Ear (2) qulaqlıqlarına gəldikdə isə onlar hal hazırda aktual olan Ear (1)-in davamçısı olacaqlar. Gözləntilərə əsasən Ear (2) qulaqlıqlarının gövdələri də Ear (1) qulaqlıqlarının gövdələri kimi şəffaf olacaq. Lakin bununla belə yeni qulaqlıqların sahib olacaqları şarj keysinin xarici görünüşündə dəyişikliklər reallaşdırıla bilər. Məşhur insayderin sözlərinə əsasən Nothing öz yeni naqilsiz qulaqlıqlarını yaxın zamanda təqdim etməlidir. Buna görə də onların bu ilin sonuna kimi satışa çıxma ehtimalları çox yüksəkdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×