main-post-cover

    Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib

    Elm & Texnologiya
    03.10.2022
    Farid Pardashunas
        İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, şirkət hələ keçən il ilk məhsulu qismində Nothing Ear (1) adlı naqilsiz qulaqlıqlarını təqdim etmişdi. Təqdimata hazırlaşan yeni qulaqlıqlar isə Nothing Ear (Stick) adını əldə ediblər. Təqdimata az müddət qalmış internetə yeni qulaqlıqların dizaynları ortaya çıxıb. İlk Nothing Ear modelində olduğu kimi Ear (Stick) modeli də görünüş baxımından bazarda olan digər naqilsiz qulaqlıqlardan fərqlənəcək. Bundan əlavə olaraq yeni qulaqlıqların bəzi texniki özəllikləri də məlum olub.
        Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Ear (Stick) ilk Ear (1) kimi şəffaf gövdə dizaynına sahib olacaq. Məlumatda qeyd edilib ki, Ear (1)-dən fərqli olaraq Ear (Stick) qulaqlıqları xüsusi başlığa sahib olacaqlar və bunun sayəsində onlar istifadəçinin qulaqlarında daha yaxşı şəkildə yerləşəcəklər. Ear (Stick) modelinin daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, onun şarj keysi kvadrat formada deyil, silindr formasında olacaq. Ortaya çıxmış dokumentasiyaya əsasən Bluetooth 5.2 texnologiyasının dəstəyinə sahib hər bir qulaqlıq 36 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Şarj keysi isə 350 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və özündə USB Type-C girişini birləşdirəcək. Nothing Ear (Stick) modelinin nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər