main-post-cover

    Nokia Smart TV təqdim olundu: 55 düymlük 4K UHD ekran və JBL səs texnologiyası

    Elm & Texnologiya
    05.12.2019
    Nijat Hamid
            Bir neçə gün əvvəl xüsusiyyətləri sızdırılan Nokia Smart TV bu gün təqdim edildi. Flipkart tərəfindən Nokia vasitəsilə istehsal edilən Smart TV bir çox ağıllı funksiyalara və qiymətinə görə üstün xüsusiyyətlərə malikdir. Android TV 9.0 əməliyyat sistemi ilə gələn televizorda 55 düyümlük 4K UltraHD ekran var. Həmçinin JBL səs texnologiyasına malik olan cihazda 24 Watt-lıq səs gücləndiricilər də var. 

    Nokia Smart TV 4 nüvəli bir çipsetə və daxili 16 Gb yaddaşa malikdir. Həmçinin Dolby və DTS səs texnologiyaları da bu TV tərəfindən dəstəklənir.

            Nokia Smart TV-nin 4K UHD ekranı həmçinin 400 nit parlaqlığa, Dolby Vision texnologiyasına və İntelligent Dimming deyilən ekrandakı görüntü titrəmələrini azaldan texnologiyalara malikdir. Flipkart rəsmilərinin dediyinə görə Smart TV 10 Dekabrdan etibarən sayt üzərindən satışa çıxacaq və ilk növbədə Hindistan üçün nəzərdə tutulub. Cihazda həmçinin 2.25 Gb Ram, Wi-Fi dəstəyi, Bluetooth 5.0 dəstəyi, 3 HDMİ portu və 2 USB portu mövcuddur.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər