main-post-cover

    Nokia brendinin anonsu olmamış 4 smartfonu haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    13.07.2017
    Farid Pardashunas

    Çinin Baidu adlı saytında məlumat yerləşdirilib ki, bu il Nokia brendi adı altında 7 smartfon satışa çıxacaq.

    Onlardan 3-ü artıq satışa çıxıb. Yerdə qalıb 4 smartfon. Bundan əlavə olaraq məşhur çinli blogger həmin smartfonların hansı prosessorlar ilə təchiz olunacaqlarını da qeyd edib. Söhbət, Nokia 2, Nokia 7, Nokia 8Nokia 9 smartfonlarından gedir. Məlumata əsasən Nokia 2, müxtəlif regionlardan asılı olaraq iki variantda satışa çıxacaq. Birinci versiya, Snapdragon 212, digər versiya isə MediaTek prosessorları ilə təchiz olunacaq. Bu isə o deməkdir ki, Nokia 2, büdcəli smartfon olacaq. Nokia 7, Snapdragon 630 prosessoruna sahib olacaq. Nokia 8 isə bir qədər güclü smartfon olacaq. Belə ki, o, Snapdragon 660 prosessoru ilə təchiz olunacaq. Keçmiş məlumatlara əsasən Nokia 7, bir arxa kameraya, Nokia 8 isə ikili arxa kameraya sahib olacaq. Bundan əlavə olaraq Nokia 8-in, 2K ekran, 6 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacağı gözlənilir. Nokia 7 isə çox güman ki, Full HD ekrana sahib olacaq. Bir sıra məlumatlara əsasən Nokia 9, 8 nüvəli Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq flaqman seriyasına aid olacaq Nokia 9-un, 5.3 inç QHD ekran, 8 GB RAM və 13 MP-lik ikili arxa kameraya sahib olacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər