Nokia brendi keçmişdə məşhur olmuş daha bir telefonunun yeni versiyasını təqdim edəcək

Nokia brendi keçmişdə məşhur olmuş daha bir telefonunun yeni versiyasını təqdim edəcək

Texnologiya
19.08.2019 PAYLAŞIM

    Nokia brendi artıq bir neçə dəfə uzun illlər bundan öncə məşhur olmuş telefon modellərinin yeni versiyalarını təqdim edib. Yaxın zamanda bu siyahı daha bir smartfonla genişlənəcək. Belə ki, Nokia keçən onillikdə məşhur olmuş qapaqlı Nokia 2720 telefonunun yeni modelini təqdim edəcək. Yenilənmiş model hal hazırda aktual olan dizayn özəlliklərindən əlavə olaraq təkmilləşdirilmiş sistem təminatı ilə də təchiz olunacaq. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.

    Çinin 3C adlı nizamlayıcı orqanının məlumatlar bazasında TA-1170 kod nömrəsinə sahib Nikia modeli aşkar edilib. NokiaPowerUser saytının məlumatına əsasən söhbət məhz Nokia 2720 telefonunun yenilənmiş versiyasından gedir. Məlumata əsasən təqdim olunacaq yeni model hətta 4G şəbəkələrində də çalışa biləcək. Gələn ay orijinal Nokia 2720-nin satışa çıxmasının 10 yaşı tamam olacaq.


    Nokia təmsilçiləri hələ bir neçə müddət bundan öncə təsdiq etmişdilər ki, yeni smartfon sentyabr ayının əvvəlində keçiriləcək IFA 2019 sərgisində təqdim olunacaq. Həmin vaxtda onlar söhbətin hansı smartfondan getdiyini bildirməmişdilər. Qeyd etmək lazımdır ki, 2009-u ildə satışa çıxmış Nokia 2720 telefonu 120x160 piksel keyfiyyətli 1.8 düym əsas rəngli ekran, 128x160 piksel keyfiyyətli 1.36 düym əlavə monoxrom ekran və 860 mAh enerji tutumlu batareya ilə təchiz olunurdu.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. ..


Huawei yeni Kirin prosessor modelini təqdim etməyə hazırlaşır

Yaxın günlərdə Huawei şirkəti yeni smartfon modellərindən əlavə olaraq yeni Kirin prosessorunu da tə..


Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş ..

Keçən ilin ortasından başlayaraq elektron cihaz istehsalçıları öz məhsullarına Wi-Fi 6 standartının ..


Microsoft şirkəti öz antivirus tətbiqinin Android və iOS versiyaları üzərində ça..

Microsoft şirkətinin portfoliosuna təkcə Windows ilə Office paketi daxil deyil. Şirkətin digər bir m..


LG V60 ThinQ flaqman smartfonunun ilk press render fotosu ortaya çıxdı

LG-in yeni flaqman smartfon modeli olacaq LG V60 ThinQ-in ilk press render fotosu ortaya çıxıb.


Android 11-də yeni jestlər sistemi aşkar edilib: Smartfonun arxa panelinə 2 dəfə..

Bir neçə gün bundan öncə Google şirkəti tərtibatçılar üçün Android 11 Developers Preview-nun ilk ver..