Nokia 9-un təqdimatı təxirə salındı
Elm & Texnologiya
17.09.2018
Farid Pardashunas
Snapdragon 845 prosessoru və 5 arxa kamera vasitəsilə Nokia
9 modeli ən çox gözlənilən smartfonlar siyahısındadır. Lakin nüfuzlu mənbənin
verdiyi məlumata əsasən sözügedən smartfon modelinin bu ilə planlaşdırılan təqdimatı
gələn ilə kimi təxirə salınıb. Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil.
Belə ki, Nokia 8 Sirocco modeli əslində 2017-ci ilin flaqman smartfonu olmalı
idi. Lakin HMD Global şirkəti smartfonun təqdimatını təxirə saldı və onu MWC
2018 sərgisində göstərdi. Yeni məlumatda qeyd olunub ki, Nokia 9-un 5 arxa
kamerası artıq bir neçə aydır ki, hazırlanır. Lakin şirkət rəhbərliyinin
fikrincə smartfon hələki ideal deyil. Bu səbəbdən smartfonun təqdimatı 2019-cu
ilə təxirə salınıb. Çox güman ki, Nokia 9 da Nokia 8 Sirocco modeli kimi MWC sərgisində
təqdim olunacaq. Bu məlumatın nüfuzlu mənbə tərəfindən verilməsinə baxmayaraq
smartfon bu il də təqdim oluna bilər. Bizə isə sadəcə gözləmək qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək