Nokia 6 (2018) rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
05.01.2018
Farid Pardashunas
Nokia brendi keçən ilin Yanvar ayında Nokia 6 smartfonunu təqdim edərək geri dönüş etmişdi.
Beləliklə 1 ildən sonra
smartfonun daha təkmilləşdirilmiş versiyası təqdim olundu. Nokia 6 (2018)
modelinin ön panelindəki fiziki düymələr sensorlu düymələr ilə əvəz olunub.
Barmaq izi skanı isə arxa paneldə yerləşdirilib. Smartfonun ekranı dəyişməz
olaraq qalıb. Yəni o, 5.5 inç Full HD ekrana sahibdir. Texniki göstəricilərə gəldikdə
isə Nokia 6 (2018) Snapdragon 630 prosessoru, 4 GB RAM, 32/64 GB daxili
yaddaş, 3000 mAh enerji tutumlu batareya, f/2.0 diafraqmalı 16 MP-lik arxa və
f/2.0 diafraqmalı 8 MP-lik kamera ilə təchiz olunub
Keçmiş modeldə olan
microUSB girişi USB Type-C girişi ilə əvəz olunub. Smartfon həmçinin özündə iki
SIM kart və microSD girişini də birləşdirir. Nokia 6 (2018) Android 7.1.1
Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Lakin yaxın zamanda o, Android
8.0 Oreo dəstəklənməsini alacaq. Yeni model hələki ilk növbədə Çin bazarında
satışa çıxacaq. Digər bazarlarda satış barədə heç bir məlumat verilməyib. 4 GB
RAM və 32 GB daxili yaddaşa sahib versiya 230$-a, 4 GB RAM və 64 GB daxili
yaddaşa sahib versiya isə 245$-a satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ