Nintendo-nun yeni oyun konsolu hansı qrafik prosessoru əldə edəcək?

Nintendo-nun yeni oyun konsolu hansı qrafik prosessoru əldə edəcək?

Texnologiya
14.09.2023 PAYLAŞIM

    Son günlərdə Nintendo-nun yeni oyun konsolu barəsində məlumatlar daha çox ortaya çıxır. Təqdim edilmiş yeni məlumatlar yeni oyun konsolunun hal hazırda aktual olan Nintendo Switch ilə müqayisədə daha da təkmilləşdiriləcəyinə işarə edirlər. İnsayderlər bildiriblər ki, Nintendo-nun yeni oyun konsolu böyük ehtimal ilə NVIDIA-nın Ampere arxitekturalı qrafik prosessoru ilə təchiz olunacaq. İnsayderlər aşkar ediblər ki, NIVIDA şirkəti Ampere arxitekturalı minimum iki ədəd təqdim edilməmiş qrafik prosessor üzərində çalışıb.

    Onlardan biri T234, digəri isə T239 kod adına sahibdir. Məlumatda qeyd edilib ki, T234 kod adına sahib qrafik prosessor nəticədə ləğv edilib. T239 kod adına sahib qrafik prosessor isə mövcuddur və o, Samsung tərəfindən 8 nanometrlik texnoloji proses əsasında hazırlanır. Bütün bunlar ona işarə edirlər ki, Nintendo-nun yeni oyun konsolunda məhz bu qrafik prosessordan istifadə ediləcək. Qeyd etmək lazımdır ki, Nintendo-nun öz yeni oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.




DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×