main-post-cover

    Nəyə görə yadplanetli sivilizasiya bizi ziyarət etmir? Yeni nəzəriyyə

    Elm & Texnologiya
    11.09.2019
    Emil Nəcəfov
        Alimlərin fikirlərinə əsasən yadplanetli həyat forması sadəcə olaraq lazımi anın gəlib çatmadığına görə bizlərə baş çəkməyib. Süd yolu qalaktikasının ulduzları qalaktika mərkəzinin ətrafında dövr etməklə lazımi şəkildə qarşılaşmayıblar. Lakin keçmişdə bu cür hal baş vermişdi. Bu barədə Business Insider saytı xəbər verib. ABŞ-ın bir neçə universitetlərinin alimlərinin tədqiqatları məşhur Fermi paradoksuna fərqli nöqteyi nəzərdən baxmağa imkan verir. ABŞ-dan olan astronomların fikirlərinə əsasən bizim yadplanetli sivilizasiyanı görə bilməməyimizin çoxlu sayda ssenariləri var. Onların arasında yadplanetli sivilizasiyanın keçmişdə artıq bizi ziyarət etdikləri və onların sadəcə olaraq bizim Günəş sistemimizin öz sistemlərinə yaxınlaşacağı anı gözləmələri kimi maraqlı nəzəriyyələr var.
        Enrico Fermi tərəfindən yaradılmış paradoks onu göstərir ki, alimlər texnoloji inkişaf prosesini keçmiş yadplanetli sivilizasiyanın mövcud olması üzrə heç bir sübuta sahib deyillər. Halbu ki, nəzəri cəhətdən həmin sivilizasiyalar kainatın hansısa bir hissəsində olmalıdırlar. Enrico Fermi ulduzlararası səyahətə şübhə ilə yanaşırdı. Lakin onun həmkarları bu məsələdə daha da irəli getmişdilər. Astrofizik Michael Hart-ın 1975-ci ildə dərc etdiyi işində o sübut etmişdi ki, ilk qalaktikanın yaranmasından keçmiş 13.6 milyard il ərzində Süd Yolu qalaktikasında yayılmaq üçün şüurlu həyat formasının yetəri qədər zamanı olub. Lakin bu məsələ ilə bağlı heç bir izə rast gəlinməyib. Michael Hart nəticədə belə bir qənaətə gəldi ki, kainatda bizdən başqa texnoloji inkişaf etmiş digər bir sivilizasiya yoxdur. Lakin alimlərin yeni tədqiqatları bu problemə fərqli tərzdə baxmağa imkan verir. Onların fikirlərinə əsasən yadplanetli sivilizasiyalar sadəcə olaraq gözləmədədirlər.
        “Əgər ulduzların hərəkətini nəzərə almadan bu problemi həll etməyə çalışsaz, siz iki variant ilə qalacaqsınız: Ya heç kim öz planetindən kənara çıxmayıb, ya da biz həqiqətən də kainatda tək sivilizasiyayıq” - deyə aparıcı tədqiqatçı Jonathan Carroll-Nellenback bildirib. Bütün planetlər ilə birlikdə ulduzlar da qalaktikanın mərkəzi ətrafında müxtəlif orbitlər və sürətlər üzrə dövr edirlər. Müəyyən vaxtlarda onlar bir-birilərindən yaxın məsafədə keçirlər. Ola bilər ki, yadplanetli sivilizasiya sadəcə olaraq gözləyir ki, bu məsafə maksimal dərəcədə yaxın olsun və bu halda onlar bizi ziyarət edə bilərlər. Bununla yanaşı mütəxəssis qeyd edib ki, ulduzların hərəkətini nəzərə alsaq, Süd Yolu qalaktikasında yayılmaq üçün Michael Hart-ın fikirləşdiyindən daha çox zaman lazımdır. Buna görə də heç istisna deyil ki, yadplanetli sivilizasiya artıq 10 milyon il bundan öncə bizim planeti ziyarət edib və gələcəkdə də ziyarət edəcək.
    Linki kopyala