Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?

Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?

Texnologiya
06.12.2021 PAYLAŞIM

    Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi. Lakin bir çoxlarını maraqlandıran sual ondan ibarət oldu ki, nəyə görə şirkət yeni prosessorunu məhz bu cür adlandırıb. Bu məsələyə Qualcomm şirkətinin marketinq üzrə direktoru və baş vitse-prezidenti Don McGuire aydınlıq gətirib. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda şirkət Snapdragon 888 prosessorunu təqdim etmişdi. Bu il isə gözləntilərə əsasən şirkət yeni prosessorunu Snapdragon 898 adlandırmalı idi. Bununla yanaşı yeni prosessorun məhz Snapdragon 898 adını əldə edəcəyini bəzi nüfuzlu insayderlər də bildirmişdilər.

    Bu cür adlandırma ilə Snapdragon prosessorları arasında müqayisəni təyin etmək asandır. Aydın məsələdir ki, Snapdragon 8 Snapdragon 7-dən, Snapdragon 888 isə Snapdragon 870-dən daha yaxşıdır. Qualcomm təmsilçisinin verdiyi məlumata əsasən yeni prosessorun Snapdragon 8 Gen 1 adını əldə etməsinin səbəbi çox sadədir. Belə ki, şirkət növbəti prosessorlarının adlandırmalarında ədədlərin çatışmazlığı ilə qarşılaşa bilərdi. Təbii ki, bu məsələdə şirkətin nəyə görə 1000 ədədinə çatmaması və hətta ondan sonraya keçid etməməsinin səbəbi məlum deyil.


    Hər halda çox güman ki, bizi gələcəkdə Snapdragon 8 Gen 2, Snapdragon 8 Gen 3 və s. gözləyir. Heç istisna deyil ki, şirkət öz prosessorlarının adlandırılmasında tamamilə yeni üsula keçid etsin. Bundan əlavə olaraq Qualcomm gələcəkdə yalnız Snapdragon brendini irəli çəkməyi hədəfləyib. Məsələn Çin bazarında Qualcomm şirkət adını Snapdragon məhsullarının adlarının əvvəllərində qeyd etmir. Şirkət bu strategiyanı artıq qlobal bazarda da reallaşdıracaq. Şirkətin fikrinə əsasən Qualcomm + Snapdragon kombinasiyası ada və brendin inkişafına mənfi təsir göstərir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..

×