main-post-cover

    Neuralink-in keçmiş prezidenti görmə əngəlli insanlar üçün yeni göz implantı anons edib

    Elm & Texnologiya
    27.11.2022
    Emil Nəcəfov
        Neuralink şirkətinin keçmiş prezidenti və həmtəsisçisi olan Max Hodak tərəfindən təsis edilmiş Science Corp. startapı ciddi göz xəstəliklərinə sahib insanlar üçün nəzərdə tutulmuş Science Eye adlı göz implantını anons edib. Sözügedən implant 2 mm enə sahib LED lentdir. Bu implant cərrahiyyə üsulu vasitəsilə göz qapağının arxa hissəsində torlu qişanın üzərində yerləşdirilir. İmplantın çalışması üçün görmə sinirinin hüceyrələri işığa həddindən artq həssas olmalıdırlar. Buna görə də Science Corp. öz növbəsində xüsusi zülal yaradıb və həmin zülal hüceyrələrin strukturlarını dəyişə bilir. Science Eye adlı implantın quraşdırılmasından sonra istifadəçi kameralara və prosessora sahib xüsusi eynəkdən istifadə etməlidir. Nəticədə xüsusi eynək təsviri adi siqnallara çevirir və görmə siniri həmin siqnalları qəbul edərək istifadəçinin görməsini təmin edir. Qeyd etmək lazımdır ki, sözügedən implant istifadəçi gözünün görmə qabiliyyətini tam bərpa etmir.
    Linki kopyala