main-post-cover

    Neuralink-in beyin interfeysinə sahib meymun fikir gücü vasitəsilə klaviaturada çap etməyi öyrənib (VİDEO)

    Elm & Texnologiya
    01.12.2022
    Farid Pardashunas
        Elon Musk bildirib ki, onun Neuralink şirkəti tərəfindən hazırlanmş beyin interfeysinin insanlar üzərində klinik testlərinə yaxın 6 ay ərzində start verilməlidir. Bununla belə şirkət öz beyin interfeysi texnologiyasını aktiv və uğurlu şəkildə meymunlar üzərində test etməyə davam edir. Qeyd etmək lazımdır ki, Neuralink şirkəti insan beyninin kompüterə qoşulması imkanını verəcək beyin interfeysi üzərində çalışır. Bu öz növbəsində fiziki məhdudiyyətli insanlara ətrafdakı digər insanlarla yenidən ünsiyyət qurmaq imkanını verəcək və bədənin hərəkət aktivliyini bərpa edə biləcək. Son illər ərzində Neuralink öz texnologiyasını heyvanlar üzərində test edib və insanlar üzərində klinik testlərə başlamaq üçün ABŞ-ın nizamlayıcı orqanlarına lazımi sorğuları göndərib.
        Şirkətin beyin interfeysi texnologiyası cərrahiyyə əməliyyatı vasitəsilə inteqrasiya edilir. Proses çərçivəsində beyin toxumalarına mini elektrodlar inteqrasiya edilir. Bundan əlavə olaraq şirkət hal hazırda görmə qabiliyyətini bərpa edə biləcək göz implantı və zədələnmiş onurğa beyninə sahib insanların hərəkət etmə qabiliyyətlərini bərpa edəcək texnologiyalar üzərində də çalışır. Beyin-kompüter interfeysinin hazırlanmasının ilkin məqsədi müxtəlif fiziki məhdudiyyətlərə sahib insanlara digərləri ilə fikir gücü üzərindən ünsiyyət yaratma imkanını təqdim etmək idi. Neuralink-in keçirtmiş olduğu yeni tədbir çərçivəsində beyin interfeysinə sahib meymunun fikir gücü vasitəsilə virtual klaviaturada çap etmək özəlliyi sərgilənib.
        Meymunun beyninə inteqrasiya edilmiş beyin interfeysi neyron siqnallarını məlumatlara çevirir və daha sonra həmin məlumatları kompüter göndərir. Meymun öz növbəsində çap etmək bacarığına sahib olmasa da, o, ekrandakı virtual klaviatura üzərində sarı rənglə qeyd edilmiş düymələri təyin edə bilib. Meymunun beyninə yerləşdirilmiş N1 adlı çip ekrandakı mouse işarəsinin kaviatura üzərindəki hərəkətini idarə etmək üçün meymunun beyin aktivliyini təyin edir. Musk bildirib ki, bu texnologiyanın insanlar üzərində klinik testləri üçün nizamlayıcı orqanlara sorğular artıq göndərilib və təqribi olaraq 6 aydan sonra planlaşdırılan testlərə start verilməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər