main-post-cover

    Netflix ilk dəfə qlobal istifadəçi sayını açıqladı (Ciddi artım var)

    Elm & Texnologiya
    18.12.2019
    Nijat Hamid
            Netflix bir ilk edərək ilk dəfə qlobal səviyyədə istifadəçi statistikalarını açıqladı. ABŞ Kanada xaric digər yerlərdən olan istifadəçi sayında ciddi bir artış var. Şirkət ilk dəfə olaraq ABŞ, Kanada, Avropa, AfrikaAsiya üzrə statistik məlumatları paylaşdı. Verilən statistikaya əsasən 158 milyon abunənin yarısından çoxu digər ölkələrin payına düşərkən böyümə faizinin təxminən 90%-i də bu ölkələrin hesabına olur. 

    2017-dən bəri Avropada istifadəçi sayı 140%, Asiya ölkələrindəki istifadəçi sayı isə 3 dəfə artıb. 

            Həmin il Latın Amerikasında istifadəçi sayı 15.4 milyon olduğu halda 2019-da bu say 29.4 milyona çatıb. ABŞKanada 2019-un ilk rübündə 67.1 milyon istifadəçi sayı və 7.4 milyard dollar gəlir ilə ilk sırada yerləşir. Lakin 2 il ərzində bu iki bölgədən olan istifadəçi sayı sadəcə 23% artıb. Nəzərə alsaq ki, Disney+, Apple TV+ və HBO Max kimi rəqiblər bazara girdi, Netflix-in işi biraz çətin olacaq. Qlobal statistik məlumatlara nəzər yetirəndə şirkətin Avropa bazarında daha çox istifadəçi qazana bilməsi potensial kimi görünür. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər