NASA, Mars üçün nəzərdə tutulmuş yeni roveri təqdim edib (VİDEO)
Elm & Texnologiya
08.06.2017
Farid Pardashunas
NASA, Mars üçün nəzərdə tutulmuş yeni roveri (Mars planeti üçün nəqliyyat vasitəsi) təqdim edib.
Sözügedən yeni rover həm nəqliyyat vasitəsi, həmdə
laboratoriya qismində çıxış edir. Yeni rover, NASA mütəxəssislər və “Parker
Brothers Concepts” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanıb. Bu şirkət, fantastik janrlı filmlərdə olan ideyaların hazırlanması və reallaşdırılması
üzrə fəaliyyət göstərir. Yeni Mars Rover-in uzunluğu 8 metr, hündürlüyü 3.4
metr, enliyi isə 4 metrdir. Onun korpusu yüngül və dözümlü materiallardan
hazırlanmışdır. 50 inç-lik ölçüyə sahib 6 ədəd təkər, qatı torpaq səthində hərəkət
etmək üçün nəzərdə tutulub. Sözügedən rover, düz yolda saatda 110 km sürətlə hərəkət
etməyə qadirdir. Lakin Mars planetində olan münbit şərait sayəsində çətin ki,
bu rover saatda 25 km sürəti keçə bilsin. Roverin əsas hissəsində 4 nəfər
astronavt yerləşə bilir. Onun ikinci hissəsi isə müxtəlif avadanlıqlarla dolu
olub daha yığcamdır. NASA qeyd edib ki, gələcəkdə Mars planetinə bu roverin tam
kopyası göndərilməyəcək. Sözügedən rover yalnız prototip qismində çıxış edir.
Lakin gələcəkdə Mars üçün rover istehsalında, təqdim olunmuş bu modelin təməlində
iştirak etmiş texnologiyalardan istifadə olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)