main-post-cover

    NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim edib

    Elm & Texnologiya
    21.10.2019
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermişdi. Bir neçə gün sonra isə o, 2 yeni skafandr modelini təqdim etdi. Həmin skafandrlardan Orion kosmik gəmisinin Aya uçuşu zamanı istifadə edilməsi planlaşdırılır. Bu barədə 4pda saytı xəbər verib. Skafandrlardan biri OCSS (Orion Crew Survival System) digəri isə xEMU (Exploration Extravehicular Mobility Unit) adını əldə edib.
        Birinci skafandr kosmik gəmidə işlər üçün, ikincisi isə Ay və ya Mars səthindəki işlər üçün nəzərdə tutulub. Yeni skafandr modelləri eyni anda həm qadınlar həm də kişilər üçün universal olacaqlar. Qeyd etmək lazımdır ki, Orion missiyası çərçivəsində Ay səthinə ilk dəfə qadın astronavt ayaq basacaq. NASA agentliyi bildirib ki, keçən əsr Aya ilk səyahət etmiş astronavtlar Ay səthində sıçrayışlar vasitəsilə hərəkət edirdilər.
        Yeni skafandrlar vasitəsilə isə astronavtlar Ay səthində Yer kürəsində olduğu kimi hərəkət edə biləcəklər. xEMU modelinin əsas özəlliklərindən biri də odur ki, o, sonsuz dərəcədə karbon qazının udulmasını reallaşdıra bilir. Bu, yeni sistem vasitəsilə mümkün olub. Həmin sistem ilk öncə karbon qazını udur və daha sonra onu vakuuma buraxır. Yeni skafandr modellərinin daha bir özəllikləri də ondan ibarətdir ki, onlar 6 sutka ərzində astronavtların həyat təminatlarını mümkün edirlər. Bu halda astronavtların Yer kürəsinə qayıtma şansları daha da yüksəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər