NASA agentliyi Ay missiyası üçün ekoloji superkompüteri təqdim edib

NASA agentliyi Ay missiyası üçün ekoloji superkompüteri təqdim edib

Texnologiya
02.09.2019 PAYLAŞIM

    NASA dedikdə bir çoxlarının ağıllarına ilk olaraq kosmos, planetlər, kəşf edilməmiş qalaktikalar gəlir. Lakin NASA agentliyini həmçinin Yer kürəsinin səthində olan məsələlər də maraqlandırır. Buna misal olaraq agentliyin Ay missiyası üçün nəzərdə tutulmuş superkompüteri gətirmək olar. Həmin superkompüter çox güclü olması ilə yanaşı həmçinin son trendlərə uyğun olaraq ekolojidir. Bu barədə Engadget saytı xəbər verib. Aitken adlı superkompüter Hewlett Packard Enterprise şirkəti ilə birlikdə yaradılıb. Nəzəri cəhətdən onun hesablama gücü 3.69 petaflopsa çata bilər.

    Bu cür kompüterin performansından 46080 nüvə və 1150 hesablama düyünü cavabdehdir. Sözügedən superkompüterin təməlində ikinci nəsil Intel Xeon prosessorları əsasında hazırlanmış böyüdülə bilən HPE SGI 8600 adlı klaster sistemi dayanır. İkinci nəsil Intel Xeon prosessorları isə yüksək sürətli InfinitiBand adlı şəbəkə vasitəsilə məlumatları ötürürlər. Bu superkompüterin ümumi yaddaş həcmi isə 221 TB-dır. Aitken superkompüterində istifadə olunan modul konstruksiyası aşağı səviyyədə elektrik enerjisini tələb edir. Bu özəllik isə superkompüteri ekoloji edir.


    Aitken superkompüterinin konsepsiyası 2016-cı ildə yaradılmış Electra adlı prototipdən götürülüb. NASA-nın hesablamalarına əsasən enerji sərfiyyatı baxımdan effektiv olan modullardan və sistem soyuducularından istifadə nəticəsində keçən maliyyə rübündə 2 giqavatt saat elektrik enerjisinə və 11.35 milyon litr suya qənaət edilib.

    Bu superkompüterdən 1500-dən çox alim və mühəndis istifadə edə biləcək. Onun vasitəsilə alimlər və mühəndislər öz layihələrini reallaşdıra biləcəklər. Lakin Aitken-in əsas məqsədi Artemis adlı Ay missiyasının yerinə yetirilməsi olacaq. Həmin missiya 2024-cü ilə planlaşdırılır. Beləliklə superkompüterin bütün hesablama gücü missiya çərçivəsində kosmik gəminin Ay atmosferinə daxil olma və onun Ay səthinə enmə variantlarına yönəldiləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×