main-post-cover

    Naqilsiz Nothing Ear (2) qulaqlıqlarının fotoları təqdim edilib

    Elm & Texnologiya
    01.02.2023
    Farid Pardashunas
        Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu ilin sonuna yaxın təqdim olunacaq. Görünür, şirkət təkcə Nothing Phone (2) üzərində deyil həmçinin özünün naqilsiz Eard (2) qulaqlıqları üzərində də çalışır. OneLeaks ləqəbli məşhur insayder hazırlanan Ear (2) qulaqlıqlarının dizaynını sərgiləyib. İnsayder tərəfindən təqdim edilmiş render fotolarda Ear (2) qulaqlıqları əks olunublar. Lakin fotolardan da görmək olar ki, Ear (1) ilə müqayisədə Ear (2)-nin xarici görünüşündə dəyişikliklər çox azdır.
        Təqdim edilmiş fotolardan birinə əsasən Ear (2)-də mikrofon qulaqlıqların yuxarı hissələrindən (qırmızı rənglə işarələnib) arxa hissələrə (sarı rənglə işarələnib) keçirilib. Bununla yanaşı şəffaf gövdə hesabına yeni qulaqlıqların daxilindəki komponentlərin bəzilərinin yerdəyişmələrini görmək olar. Son məlumatlara əsasən Nothing şirkətinin yeni naqilsiz qulaqlıqları ətraf səs-küyün personallaşdırılmış aktiv boğulması funksiyasını əldə edəcək. İstifadəçilər fərdi şəkildə səs-küyün aktiv boğulması intensivliyini ayarlaya biləcəklər. Bununla yanaşı qulaqlıqlar eyni anda iki cihaza qoşulma imkanına sahib olacaqlar. Nothing Ear (2)-nin təqdimatı yaxın aylar ərzində baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər