main-post-cover

    NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    20.09.2022
    Farid Pardashunas
        NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib. Təqdim edilmiş yeni videokart seriyasına 3 videokart daxil olub. Söhbət, 24 GB videoyaddaşa sahib GeForce RTX 4090, 16 GB videoyaddaşa sahib GeForce RTX 4080 12 GB videoyaddaşa sahib GeForce RTX 4080 videokartlarından gedir. Bu yeni videokartlar xarici görünüşcə bundan daha əvvəlki GeForce RTX nəslinin dizaynını xatırladırlar. GeForce RTX 4000 seriyasına daxil olan videokartlar Ada Lovelace adlı yeni arxitektura əsasında qurulmuş qrafik prosessorlardan istifadə edirlər. Videokartların sahib olduqları qrafik prosessorlar özlərində 76 milyard tranzistoru birləşdirirlər və onlar TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanırlar.
        Ada Lovelace adlı yeni arxitekturanın əsas fərqləndirici özəlliyi 3-cü nəsil RT nüvələr ilə 4-cü nəsil tenzor nüvələridir. NVIDIA qeyd edib ki, Ada Lovelace arxitekturası əsasında hazırlanmış yeni GeForce RTX 4000 videokartları təsvirin genişləndirilməsi üçün nəzərdə tutulmuş DLSS 3.0 texnologiyasının dəstəyinə sahibdirlər. Bu isə öz növbəsində kompüter oyunlarının sərgilədikləri performans göstəricisini daha da yüksəldir. GeForce RTX 4090 modelinin əsasında 16.384 ədəd CUDA nüvəsinə sahib AD102-300 adlı qrafik prosessor yerləşir. Verilmiş məlumata əsasən sözügedən qrafik prosessor 2520 MHz tezlikdə çalışır. Videokartın nəzəri performans göstəricisi 82.6 TFLOPS (Teraflops) təşkil edir.
        Bu isə Ampere arxitekturası əsasında hazırlanmış daha əvvəlki GeForce RTX 3090-nın nəzəri performans göstəricisindn 2.3 dəfə yüksəkdir. GeForce RTX 4090 modeli 24 GB-lıq GDDR6X videoyaddaşını əldə edib. Videoyaddaşın məlumatları ötürmə qabiliyyətinin pik göstəricisi saniyədə 1 TB təşkil edir. Videokartın enerji sərfiyyatı isə 450 vatt-dır. Bu, GeForce RTX 3090-nın enerij sərfiyyatı göstəricisindən 100 vatt çoxdur. NVIDIA-nın verdiyi məlumata əsasən RTX 4090 modeli RTX 3090 Ti-dan 4 dəfə daha performanslıdır. GeForce RTX 4090 modeli 12 oktyabr tarixində 1599$ qiymətində satışa çıxacaq.
        GeForce RTX 4090-dan əlavə olaraq NVIDIA daha 2 videokart modelini təqdim edib. Təqdim edilmiş digər videokartlar eyni ada sahib olsalar da fərqli texniki göstəriciləri özlərində birləşdirirlər. Söhbət, GeForce RTX 4080 16GBRTX 4080 12GB adlı videokartlardan gedir. Beləliklə RTX 4080 16GB modeli 9728 ədəd CUDA nüvəsinə sahib AD103-300 adlı qrafik prosessor ilə təchiz olunub. Qrafik prosessorun çalışma tezliyi isə 2505 MHz təşkil edir. Bu videokart özündə 16 GB-lıq GDDR6X videoyaddaşını birləşdirir. Videoyaddaşın məlumatları ötürmə qabiliyyəti isə saniyədə 720 GB təşkil edir. RTX 4080 16GB-ın enerji sərfiyyatı 320 vatt-dır. Bu videokart modeli noyabr ayında 1199$ qiymətində satışa çıxacaq.
        GeForce RTX 4080 12GB modelinə gəldikdə isə bu videokart 7680 ədəd CUDA nüvəsinə sahib AD104-400 adlı qrafik prosessor ilə təchiz olunub. Qrafik prosessorun çalışma tezliyi 2610 MHz təşkil edir. Sözügedən videokartın adından da bəlli olduğu kimi o, 12 GB-lıq GDDR6X videoyaddaşını əldə edib və videoyaddaşın məlumatları ötürmə qabiliyyəti saniyədə 504 GB təşkil edir. RTX 4080 12GB modelinin enerji sərfiyyatı isə 285 vatt-dır. Bu videokart da RTX 4080 16GB kimi noyabr ayında satışa çıxacaq. Onun satış qiyməti 899$ təşkil edəcək. NVIDIA onu da qeyd edib ki, RTX 4080-nin hər iki versiyasının performans göstəricisi RTX 3080 Ti-dan 2-4 dəfə daha yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər