main-post-cover

    NIVIDA GeForce RTX 4050 videokartı bençmark testindən keçib

    Elm & Texnologiya
    17.11.2022
    Farid Pardashunas
        Orta səviyyəli gaming noutbuklar üçün nəzərdə tutulmuş NVIDIA GeForce RTX 4050 videokartı Samsung Galaxy seriyasına aid olan noutbuk daxilində bençmark saytında ortaya çıxıb. Məlumatda qeyd edilib ki, bençmarkda test edilmiş Samsung Galaxy noutbuku Intel Core i7-13700H prosessoruna sahibdir. GeForce RTX 4050 mobil videokartının texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, sözügedən yeni videokart hal hazırda aktual olan GeForce RTX 3050-ni əvəzləyəcək.
        Bununla yanaşı yeni videokart GeForce RTX 3050-nin bəzi özəlliklərini də özündə birləşdirə bilər. Söhbət, GDDR6 standartlı qrafik yaddaşdan və AD107 qrafik nüvəsindən gedir. GeForce RTX 4050 videokartına sahib Samsung Galaxy noutbukunun PugetBench Premiere Pro adlı bençmarkdakı test nəticələrinə gəldikdə, noutbuk qrafik imkanlar məsələsində 57.4 xal toplayıb. Bu isə GeForce RTX 3050 modelinin göstəricilərindən 17-32% yüksəkdir. Noutbukun digər özəllikləri arasında DDR5-6400 standartlı 16 GB RAM Windows 11 Pro əməliyyat sistemi var. Çox güman ki, söhbət, Samsung Galaxy Book Pro noutbukundan gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər