Mükəmməl performansı ilə orta büdcəli 'Xiaomi Redmi 4x' icmalı (VİDEO)
04.09.2017
Farid Pardashunas
Son illərin məşhur brendi Xiaomi, orta və aşağı büdcəli
seqmentlə yanaşı premium sektorda da qlobal rəqibləri ilə ciddi mübarizə
aparır. Smartfon bazarında bu il Apple və
Samsung kimi iri şirkətləri belə bəzi satış göstəricilərində geridə qoyan çinli
şirkət, sürətlə böyüməyə davam edir. Bu icmalımızda, Xiaomi şirkətinin
istehsalı olan smartfon – Xiaomi Redmi 4x haqqında danışacağıq. Aşağı büdcəli
seqmentdə sərfəli qiymətilə mükəmməl performans orataya qoyan bu telefon, eyni
seqmentdə digər rəqiblərinə “qan uddurur” desək yalan olmaz.
Dizayn
Telefon ön hissədən 2.5D əyarlı şüşə ilə əhatə olunur. Arxa
hissədə əldə tutarkən premiumluq hissini yaşadan metal gövdə yer alır. Parlaq
metal çərçivələr və 5 inçlik ekran telefonu əla alan zaman rahatlıq hissi
yaşadır. Çəhrayı, qızılı və qara rəngdə istehsal olunan smartfon bu ilin May
ayında təqdim olunub. Barmaq izi oxucusu ilə təhciz olunmuş sensorun arxa hissədə
yerləşdirilməsi, telefonun istifadəsini rahatlaşdıran ən əsas amillərdən
biridir. Sürətli və hissiyyatlı bir barmaq izi oxucusuna sahib olması, smartfonu
öz seqmentində bir baş önə çıxarır. Arxa hissədə barmaq izi sensoru ilə yanaşı
kamera və led fləş quraşdırılıb. Telefonun ön hissəsində kamera, danışıqları həyata
keçirmək üçün səsgücləndirici, aşağı hissədə isə hərəkət sensorları yerləşdirilib.
5 düyümlük ekrana sahib olan telefonun ön hissəsində Xiaomi , yenə də fiziki hərəkət
düymələrinə yer verməyib. Telefonun yuxarı hissəsində qulaqlıq aşağı hissədə mikro
USB 2.0 girişi quraşdırılıb. Mikrafon və səsgücləndirici isə telefonun aşağı hissəsində
yer alır. Sol tərəfdə nano sim və mikro sim yuvaları, sağ tərəfdə isə səs
artırıb-azaltma və kilid düyməsi quraşdırılıb.
Ekran
5 düyümlük IPS LCD ekran 16 milyon rəng çalarını dəstəkləyir.
720x1280 piksel ölçüləri ilə ekran 720p keyfiyyətində təqdim olunur. İlk
baxışdan bu rəqəm aşağı görünsə də, bu büdcəli telefon üçün kifayət qədər
yaxşıdır deyə bilərik. Nəzərə alsaq ki, ekran keyfiyyətinin HD səviyyədə olması
enerji sərfiyyatını da azaldır. Gorilla Glass qoruyucu örtüyü ilə qorunan
ekranda hər düyümə 294 piksel düşür. Bu göstəricilərlə Xiaomi 4x, yaxşı bir
ekran keyfiyyəti ortaya qoyur. Hətta günün altında belə ekran öz parlaqlığını
itirmir. “Touch screen” isə həsassdır və ən əsası sürətlidir.
Kamera
Redmi 4x kamerası seqmentində olan telefonlarla müqaisədə çox
yaxşı keyfiyyət təqdim edir. 13 meqapiksellik arxa kamera, led fləşə sahibdir
eyni zamanda avtofokus xüsusiyyəti var. F2.0 diaframlı lenslər isə az işıqlı şəraitdə
yaxşı şəkillər çəkə bilir. Video rejimində isə 4x rahatlıqla 30 saniyə kadr sürətlə
1080p keyfiyyətində videolar qeydə alır. Videolarda avto fokuslama xüsusiyyəti
çox sürətli çalışır. Telefonun ön hissəsində F2.2 diaframlı lensə sahib 5
meqapiksellik kamera var. Bu kamera selife çəkimləri üçün heç də pis təsir
bağışlamır. Ön kamera eynən arxa kamera kimi 1080p keyfiyyətində video çəkmə
qabiliyyətinə malikdir.
Texniki Xüsusiyyətlər
Qualcomm Snapdragon 435 çipsetindən güc alan Redmi 4x - 8
nüvəyə sahibdir. Snapdragon 435 bu büdcəli smartfon üçün ideal görünür. Qutudan
Android 6.0 əməliyyat sistemi ilə çıxan Redmidə 1.4 GHZ sürətə malik Cortex - A53 prosessorundan istifadə olunub. Qrafik
oynadıcı olaraq isə Adreno 505 günümüzdə demək olar ki, bütün orta və yüksək
keyfiyyətli oyunları oynamaq üçün kifayət edir. Bu modeldə də Xiaomi mühəndisləri
məhz Adreno 505 qrafik oynadıcısından istifadə ediblər. 16 GB daxili yaddaşa
sahib olan modelində 2 GB Ram ilə təqdim olunan smartfonun uyğun olaraq 32 və 64
GB-lıq modellərində 3 və 4 GB -lıq operativ yaddaş quraşdırılıb. Əlimizdə olan
model isə 3 GB RAM-a sahibdir və 32 gb daxili yaddaşı özündə saxlayır. Eyni
zamanda mikroSD girişi ilə daxili yaddaşı daha da artırmaq olur.
Batareya
150 qramlıq bu telefonun ən ideal tərəflərindən biri məhz
batareyasıdır. Xiaomi mühəndisləri bu səviyyədə olan bir telefonda batareya
mövzusunda ürəyiaçıq davranıblar. Sinfinin lideri olan Redmi 4x-də nə az nə çox
4100 milli amper saatlıq dəyişiləbilməyən batareya quraşdırılıb. 5 düyümlük
720p keyfiyyətində ekranını nəzərə alsaq bu smartfon belə batareya göstəricisi
ilə uzun müddət enerji bağlayıcılarından uzaq gəzə bilər. Bir sözlə daha çox
enerji saxlayan telefon almaq istəyənlər üçün Redmi 4x ideal seçim ola bilər.
Qutu
Xiaomi Redmi 4x-in qutusunda bir istifadəçi üçün lazım olan
hər şey, nano sim iynəsi, enerji qidalandırıcı, usb bağlayıcı və istifadəçi təlimatı
yer alır. Ümumi olaraq dəyərləndirsək, xiaomi 360 manat qiyməti ilə yerli istehlakçı
üçün əla bir seçimdir. Sektordakı eyni qiymətləri telefonlarla müqaisədə Xiaomi
redmi 4x həm kamerası, həm uzun ömürlü batareyası, barmaq izi sensoru, iki sim
dəstəyi və sürətli paneli ilə önə çıxır. Bu səbəbdən öz sinfinə və qiymətinə
görə Redmi 4x , Technote-dan 10 xal alır. Cihazı çox uzağa getmədən elə Azərbaycandan buradan sifariş edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)