main-post-cover

    Motorola şirkətindən Motorola Edge və Edge+ flaqman smartfonları - QİYMƏTİ

    Elm & Texnologiya
    23.04.2020
    Farid Pardashunas
        Motorola şirkəti yeni Motorola Edge flaqman smartfon seriyasını təqdim etməklə son bir neçə ildə ilk dəfə olaraq özünün flaqman cihazlar seriyasını yenilədi. Təqdm edilmiş yeni seriyaya Motorola Edge və Motorola Edge+ smartfon modelləri daxildirlər. Motorola Edge+ modelinin əsas özəllikləri sırasında minimal çərçivələrə sahib OLED ekran, böyük həcmli batareya, təkmilləşdirilmiş kamera sensorları və 6K keyfiyyətində stabilizasiya edilmiş videoçəkiliş var. Smartfon 2520x1080 piksel keyfiyytəli 6.7 düym OLED ekrana sahibdir.
        Ekranın özü həmşinin HDR10 texnologiyasını dəstəkləyir və 90 Hz tezlikli təsvir yenilənməsinə sahibdir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Ön kamera isə ön panelin yuxarı sol hissəsində yerləşdirilib. Ekranın kənarları əyilmiş formada hazırlanıb. Mobil oyunlar zamanı həmin əyilmiş kənarlarda sensorlu düymlər əks olunacaqlar.
        Əsas texniki göstəricilərə gəldikdə isə Motorola Edge+ smartfonu Snapdragon 865 prosessoru, LPDDR5 standartlı 12 GB RAM, UFS 3.0 standartı 256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.8 diafraqma, PDAF, OIS) + 16 MP (f/2.4 diafraqma) + 8 MP (3 qat optik zoom, OIS) + ToF dördlü arxa kamera, 25 MP-lik (f/2.0 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Motorola Edge+ həmçinin 15 vatt gücündə naqilsiz şarj texnologiyasını və 5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Beləliklə Qi şarj standartını dəstəkləyən istənilən cihazı Motorola Edge+ vasitəsilə şarj etmək mümküətin verdiyndür. Şirki məlumata əsasən smartfonun kameraları saniyədə 30 kadr sürtlə 6K keyfiyyətində və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə bilir. Motorola Edge+ smartfonu 14 may tarixində ABŞ-da 999$ qiymətində satışa çıxacaq.
        Motorola Edge+ ilə birlikə şirkət həmçinin daha sadələşdirilmiş model olan Motorola Edge-i də təqdim etdi. Xarici görünüşcə adi Motorola Edge modeli Motorola Edge+ modelinə bənzəsə də texniki özəlliklərə görə fərqlənir. Motorola Edge Plus-da olduğu kimi adi Motorola Edge modeli 2520x1080 piksel keyfiyyətli OLED ekranla təchiz olunub və ekranın kənarları əyilmiş formadadır. Bununla yanaşı ekran 90 Hz tezlikli təsvir yenilənməsini dəstəkləyir. Adi Motorola Edge-də də barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə adi Motorola Edge modeli Snapdragon 765G prosessoru, 5G modem, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP (f/1.9 diafraqma) + 16 MP (f/2.4 diafraqma) + 8 MP (2 qat optk zoom) + ToF dördlü arxa kamera, 25 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Motorola Edge modeli may ayının əvvəlində 650$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər