main-post-cover

    Motorola RAZR (2019) barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    21.08.2019
    Farid Pardashunas
        Motorola şirkətinin bir vaxtlar məşhur olmuş RAZR mobil telefonunun yeni versiyası üzərində çalışdığını elan edəndən yarım il sonra internetdə sözügedən smartfon barəsində ilk məlumatlar ortaya çıxdı. İnsayderlər yeni smartfonun təqdimat tarixi ilə yanaşı həmçinin onun qiyməti barəsində də məlumat veriblər. Bu barədə GSMarena saytı xəbər verib. Məlumata əsasən smartfonun təqdimatı bu ilin dekabr və ya gələn ilin yanvar ayına planlaşdırılır.
        Qatlana bilən ekrana sahib olacaq bu qapaqlı smartfonun qiymətinə gəldikdə isə o, Avropa bazarında 1500 avroya, ABŞ bazarında isə 1500$-a satılacaq. Əvvəlki məlumat sızıntılarına əsasən yeni Motorola RAZR modeli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi və 2730 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 2141x876 piksel keyfiyyətli 6.2 düym əsas ekrana və 800x600 piksel keyfiyyətli xarici ekrana sahib olacaq. Xarici ekran bildirişlərin əks olunması üçün nəzərdə tutulacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər