main-post-cover

    Motorola RAZR (2019)-un ilk istifadəçiləri artıq xoşagəlməz problemlə qarşılaşıblar

    Elm & Texnologiya
    06.02.2020
    Farid Pardashunas
        Qatlana bilən Motorola RAZR (2019) smartfon modelinin pərakəndə satışına hələ start verilməsə də bir sıra istifadəçilər artıq öz smartfonlarını əldə ediblər. Öz smartfonları ilə keçirilmiş bir neçə gündən sonra istifadəçilər Motorola RAZR (2019) barəsində fikirlərini söyləyiblər. Bu barədə 4pda saytı xəbər verib. Məlum olub ki, istifadəçilərin ilk fikirlərinin heç də hamısı müsbət deyillər. Belə ki, istifadəçilər smartfonun qatlanma konstruksiyası ilə bağlı xoşagəlməz problemlə üzləşiblər.
    Belə ki, Nirave ləqəbli istifadəçi öz Twitter hesabında Motorola RAZR (2019) ilə bağlı bir neçə video paylaşıb. Həmin videolarda bir neçə günlük istifadədən sonra smartfonun qatlanma mexanizminin qarşılaşdığı problem əks olunub. Belə ki, smartfonun mütəmadi şəkildə qatlanıb-açılması nəticəsində smartfonun konstruksiyasında olan şarnir cırıltı səsi ilə çalışmağa başlayır. Videonun müəllifi qeyd edib ki, çətin ki, bu cür konstruksiya özəlliyi istehsalçı tərəfindən öncədən düşünülsün.
        Smartfonun yüksək qiymət göstəricisi ilə satılmasını nəzərə alaraq smartfon konstruksiyasında ortaya çıxan bu cür özəllik heç də xoşagələn deyil. İstifadəçinin verdiyi məlumata əsasən 5 günlük istifadədən sonra sözügedən cırıltı səsi daha da qıcıqlandırıcı olub. Smartfon konstruksiyasında olan şarnirin cırıltı səsi ilə çalışmasını həmçinin nüfuzlu insayder Max Weinbach da təsdiqləyib. Motorola şirkəti isə bu məsələ ilə bağlı hələki heç bir rəsmi məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər