main-post-cover

    Motorola RAZR 2 hansı texniki özəlliklərə sahib olacaq?

    Elm & Texnologiya
    26.05.2020
    Emil Nəcəfov
        XDA-Developers saytının jurnalistləri bu il təqdim olunacaq qatlana bilən Motorola RAZR 2 smartfon modelinin texniki özəllikləri barəsində məlumatları aşkar ediblər. Beləliklə verilmiş məlumata əsasən Motorola RAZR 2 smartfonu smith kod adına və XT2071-4 model nömrəsinə sahibdir. Təəssüflər olsun ki, keç'n ilin sonunda təqdim edilmiş Motorol RAZR kimi yeni smartfon da flaqman texniki özəlliklər əldə etməyəcək. Belə ki, məlumata əsasən Motorola RAZR 2 smartfonu Snapdragon 765G prosessoru vasitəsilə çalışacaq.
        Bununla yanaşı smartfon Snapdragon X52 5G modemi, 8 GB RAM və 256 GB daxili yaddaş həcmi ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq Motorola RAZR 2-nin kameraları da yenilənəcək. Smartfon 48 MP-lik Samsung ISOCELL Bright GM1 əsas kamera və 20 MP-lik ön kamera əldə edəcək. Batareya həcminə gəldikdə isə o, 2845 mAh olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR modeli 2510 mAh enerji tutumlu batareyaya sahibdir. Bir neçə gün bundan öncə rəsmi məlumat verilmişdi ki, qatlana bilən Motorola RAZR 2 smartfonu bu ilin setyabr ayında təqdim olunacaq.
    Linki kopyala