main-post-cover

    Motorola brendi makroçəkiliş özəlliyinə sahib Motorola One Macro'nu təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    09.10.2019
    Emil Nəcəfov
        Motorola brendi One Macro adlı smartfon modelini təqdim etdi. Bu smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o, yüksək keyfiyyətli makrofotoları çəkmək imkanını verir. Bununla yanaşı smartfon böyük ölçülü ekran, böyük batareya həcmi və sudan qorunan gövdə ilə təchiz olunub. Bu barədə Fonearena saytı xəbər verib.
        Beləliklə Motorola One Macro smartfonu 19:9 nisbsətli və HD+ keyfiyyətli 6.2 düym ekrana sahibdir. Ekran smartfonun ön panelinin 82%-ni əhatə edir. Həmçinin ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə də yerləşdirilib. Smartfonun gövdəsi IPX2 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Motorola One Macro-nun arxasında həmçinin barmaq izi skanı texnologiyası yerləşir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Helio P70 prosessoru, ARM Mali-G72 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.0 diafraqmalı) + 2 MP (f/2.2 diafraqmalı) + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin USB Type-C girişinə və 3.5 mm-lik audiogirişə də sahibdir. Motorola One Macro Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 24 oktyabr tarixində 140$-dan başalayan qiymətlə Hindistanda satışa çıxacaq.
    Linki kopyala