main-post-cover

    Motorola brendi 4 arxa kameralı Moto One Zoom smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    06.09.2019
    Emil Nəcəfov
        Motorola brendi IFA 2019 sərgisində Moto One Zoom adlı yeni smartfon modelini təqdim etdi. Sözügedən smartfon heç də pis olmayan texniki göstəricilər, böyük həcmli batareya həcmi və təkmilləşdirilmiş kamera modullarını əldə edib. Bu barədə Engadget saytı xəbər verib. Beləliklə Moto One Zoom smartfonu Full HD+ keyfiyyətli 6.39 düym OLED ekranı əldə edib. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Həmçinin barmaq izi skanı texnologiyası da smartfonun ekranına inteqrasiya edilib.
        Smartfonun gövdəsi şüşə və metal materiallardan hazırlanıb. Onun arxa qapağı isə Gorilla Glass 3 qoruyucu şüşəsi ilə örtülüb. Əsas texniki göstəricilərə gəldikdə isə Moto One Zoom modeli Snapdragon 675 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP + 8 MP + 5 MP dördlü arxa kamera, 25 MP-lik ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        48 MP-lik birinci kamera modulu 4 pikseli bir tam pikselə çevirmək özəlliyini dəstəkləyir. 16 MP-lik ikinci kamera modulu genişbucaqlı optikaya sahibdir və 117 dərəcə bucaq təsvirini dəstəkləyir. 8 MP-lik üçüncü kamera modulu isə teleobyektivdir və təsvirin optik stabilizasiyası ilə təsvrin üçqat optik zoomunu dəstəkləyir. 5 MP-lik dördüncü kamera modulu isə ToF moduldur. Smartfon həmçinin özündə 3.5 mm-lik audiogirişi və NFC modulu birləşdirir. Moto One Zoom modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 400 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala