main-post-cover

    Mikrodalğalı sobanı oyun konsoluna çevirdi (VİDEO)

    Elm & Texnologiya
    30.05.2017
    Farid Pardashunas

    YouTube-da müxtəlif insanların keçmiş oyun konsolları hissələrindən yeni oyun konsollarının hazırlanması mövzusunda bir çox videolar vardır.

    Biz artıq bir nəfərin PlayStation 2 konsolunun portativ versiyasını hazırlaması xəbərini yazmışdıq. Məşhur ixtiraçı və videoblogger Colin Furze daha maraqlı bir cihaz hazırlayıb. Colin əsasən müxtəlif növ cihazların hazırlanması ilə tanınır. Onun siyahısında, işlək vəziyyətdə olan motosiklet və Iron Man personajının məşhur geyiminin prototipi var. Son videolarından birində o, mikrodalğalı sobanı oyun konsoluna çevirib. Belə ki, Colin, mikrodalğalı sobanın ön hissəsinə ekran, kənar hissəsinə isə gamepadın qoşulması üçün xüsusi panel yerləşdirib. Play-o-Wave adlandırdığı konsolda Colin, velosiped yarışlarına aid köhnə oyunu işə salıb. Bununla yanaşı mikrodalğalı sobanın öz əsas funksiyası (yeməkləri isitmək) olduğu kimi qalıb. Qeyd etmək lazımdır ki, bütün bu ideyaları istifadəçilər özləri təqdim edir. Colin isə ən maraqlı olanları seçib onları reallaşdırır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər