Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçid edərək müsbət nəticələr əldə edib

Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçid edərək müsbət nəticələr əldə edib

Texnologiya
04.11.2019 PAYLAŞIM

    Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 günlük iş həftəsinə keçid təcrübəsinin nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, 4 günlük iş həftəsinə keçid nəticəsində işçilərin məhsuldarlıqları artıb. Bu barədə CNBC saytı xəbər verib. Sözügedən təcrübə Work Life Choice Challenge 2019 Summer proqramı çərçivəsində avqust ayında keçirilib.

    Beləliklə 1 ay ərzində Microsoft-un Yaponiya üzrə şöbəsinin 2300 əməkdaşı həftənin cümə gününü əlavə istirahət günü kimi əldə edib. Yəni işçilər həmin gün çalışmayıblar. Bununla belə şirkət bunun müqabilində işçilərin maaşlarını kəsməyib və onların illik məzuniyyətlərindən həmin günləri çıxmayıb. Nəticədə şirkətin Yaponiya üzrə şöbəsi keçirilmiş təcrübəni uğurlu adlandırıb və onun təkrar olunmasında maraqlı olduğunu bildirib. Bu təcrübənin əsas nəticələri isə aşağıdakı kimidir:


- 2018-ci ilin avqust ayındakı göstəricilər ilə müqayisədə bu lin avqust ayında bir işçi üzrə hesablanan satış göstəriciləri 39.99% yüksəlib.

- Vaxtın qənaət olunması üçün şirkət iş görüşlərinin keçirilməsinə fərqli cür yanaşıb. Belə ki, müzakirələrin çox hissəsi online formatına, görüşlərin özləri isə 30 dəqiqə formatına keçirilib.

- Həftədə 4 gün işləyən əməkdaşlar 25.4% daha az istirahət günləri götürüblər.

- Elektrik enerjisi sərfiyyatı 23%, kağız sərfiyyatı isə 58% aşağı düşüb.

- Bu təcrübədə iştirak etmiş əməkdaşların 92.1%-i bildirib ki, onlar 4 günlük iş rejimindən razı qalıblar. Bəzi əməkdaşlar isə etiraf ediblər ki, cümə günündə bütün dünyanın çalışdığı bir vaxtda onların həmin gün istirahət etmələri onlara bir qədər ağır gəlib.

    Qəbul olunmuş vaxtdan artıq çalışmaq Yaponiyanın iş mədəniyyətinin əsas problemlərindən biridir. Hökumətin məlumatlarına əsasən 2016-cı ildə şirkətlərin əksəriyyəti öz əməkdaşlarından ayda 80 saatdan çox çalışmağı tələb etmişdilər. Yaponiyanın səhiyyə və əmək nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə təyin olunmuş vaxtdan çox çalışma nəticəsində 190 insan vəfat etmişdi. Onlardan bəziləri isə suiqəsd ilə həyatlarına son qoymuşdular. Bu ilin aprel ayında Yaponiyada qüvvəyə minmiş qanun ayda 45 saatdan, ildə isə 360 saatdan çox çalışmanı qadağan edir. Bu normanı pozan biznesə isə 2800$ dəyərində cərimə təyin olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca m..


Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdi..

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlik..


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..

×