main-post-cover

    Microsoft şirkəti smartfon bildirişlərini kompüter ekranında əks etdirən tətbiqi istifadəyə verib

    Elm & Texnologiya
    04.07.2019
    Emil Nəcəfov
        Microsoft şirkəti Your Phone dlı tətbiqi istifadəyə verdi. Bu tətbiq smartfondan olan bütün bildirişlərin kompüter ekranına əks olunması imkanını verir. Daha öncə isə bu özəllik yalnız Windows Insiders proqramının iştirakçıları üçün aktiv idi. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Your Phone tətbiqi vasitəsilə istifadəçi kompüter ekranında smartfon bildirişlərinə baxmaqdan əlavə onlarla minimal şəkildə qarşılıqlı əlaqədə ola bilər.

        Məsələn əgər siz smartfona gəlmiş hansısa mesajı kompüter vasitəsilə rədd etsəz həmin mesaj həmçinin smartfondan da silinəcək. Gələcəkdə Microsoft bu tətbiqə uzaqdan idarəetmə funksiyasını əlavə etməyi də planlaşdırır. Həmin funksiya sayəsində istifadəçi öz smartfonundakı emulyator ilə mesajlara cavab verə və ya başqa əməliyyatlar reallaşdıra biləcək. Your Phone tətbiqindən istifadə etmək üçün Windows 10 April 2018 yenilənməsinə sahib kompüter və Your Phone tətbiqinin ən son versiyası lazım olacaq.
    Linki kopyala