main-post-cover

    Microsoft şirkəti qatlana bilən iki ekranlı planşet üzərində çalışır

    Elm & Texnologiya
    25.06.2019
    Farid Pardashunas
        Microsoft şirkətinin Andromeda adlı layihə və qatlana bilən planşet üzərində çalışması şayiələri artıq uzun müddətdir ki, internetdə gəzir. Keçən il məlumat yayılmışdı ki, bu cür cihaz ümumiyyətlə satışa çıxmayacaq. Lakin indi IHS Markit şirkətinin analitiki Jeff Lin-in sözlərinə əsasən şirkətin qatlana bilən planşet modeli işıq üzü görəcək. Bu barədə Forbes saytına istinadən Gagadget saytı xəbər verib.
        Jeff Lin-in sözlərinə əsasən bu, kitab kimi açılacaq və iki ekrana sahib olacaq Surface planşeti olacaq. İdeyaya əsasən tam açıq formatda cihaz bir böyük ekrana sahib olacaq və ya ikinci ekran klaviatura funksiyasını yerinə yetirəcək. Hər iki ekran 4:3 nisbətli 9 düym ölçüsündə olacaq. Planşetin daxilində Lakefield seriyasından olan 10 nanometrlik texnoloji proses əsasında hazırlanmış Intel prosessoru quraşdırılacaq.
        Planşetin özü isə iki ekranla çalışmaq üçün optimizasiya edilmiş interfeysə sahib Windows Core OS əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu, Windows 10-nun planşetlər, noutbuklar və s. kimi cihazlar üçün nəzərdə tutulmuş sadələşdirilmiş versiyasıdır. Bundan əlavə olaraq qatlana bilən Surface planşeti Android tətbiqlərinin və iCloud servisinin dəstəyini və internetdən istifadə üçün LTE və ya 5G texnologiyasını əldə edəcək. Jeff Lin-in proqnozlarına əsasən bu cür planşet modeli 2020-ci ilin ya birinci rübündə yada ilk yarım ilinin sonunda satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər