main-post-cover

    Microsoft şirkəti özünün ilk smart səsgücləndirici modelinin patentini əldə edib

    Elm & Texnologiya
    16.09.2019
    Farid Pardashunas
        Microsoft təkcə Windows əməliyyat sistemi ilə məşhur deyil. Şirkət artıq bir neçə ildir ki, Surface brendi altında noutbuk və planşet modellərini istehsal edir. Lakin görünür, yaxın zamanda Surface brendinə daha bir cihaz növü də əlavə olunacaq. Belə ki, şirkətin yeni patent sorğusuna əsasən Microsoft özünü smart akustika bazarında sınamaq istəyir. Bu barədə The Verge saytı xəbər verib.
        Patent sorğusunda yeni cihazın əks edilmiş təsvirinə əsasən şirkətin yeni məhsulu portatv smart səsgücləndirici olacaq. Məlumata əsasən Microsoft şirkətinin ilk smart səsgücləndirici modelinin gövdəsi plastik materialdan hazırlanacaq və onun üst hissəsi parça ilə əhatə olunacaq. Dizayn baxımından Microsoft-un smart səsgücləndirici modeli Amazon Google şirkətlərinin smart səsgücləndirici modellərinə bənzəyir.
        Smart səsgücləndiricidə istifadə olunacaq səsli köməkçiyə gəldikdə isə çox güman ki, bu, Cortana olacaq. Patent sorğusunda qeyd olunmuş məlumatlara əsasən şirkətin ilk smart səsgücləndirici modeli həmçinin mikrofonların deaktiv edilməsi, səsin tənzimlənməsi və zənglərə cavab düymələrinə sahib olacaq. Onu da qeyd etmək lazımdır ki, cihazın gövdəsinin təməl hissəsi dəyişdirilə bilən olacaq. Böyük ehtimal ilə bu özəllik smart səsgücləndiricinin divara bərkidilməsi üçün nəzərdə tutulub. Cihazın adı, təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər