main-post-cover

    Microsoft heç gözlənilmədən Windows 10 Mobile üçün sistem yenilənməsini təqdim etdi

    Elm & Texnologiya
    15.11.2019
    Emil Nəcəfov
        Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu ilin dekabr ayında Windows Mobile əməliyyat sisteminin dəstəyini tamamilə dayandıracaq. Lakin şirkət bu əməliyyat sistemi vasitəsilə çalışan smartfonlar üçün sistem yenilənməsini təqdim edib. Təqdim edilmiş yenilənmə əməliyyat sisteminin bütün özəlliklərinə şamil olunub. Bu barədə Wccftech.com saytı xəbər verib.
        KB4522811 kod nömrəsinə sahib yenilənmə Windows 10 Mobile əməliyyat sisteminin və bir sıra servislərin kritik boşluqlarını aradan qaldırmaq üçün nəzərdə tutulub. Yenilənmə Windows App Platform, Microsoft Graphics COMPONENT, Windows Input and Composition, Windows Fundamentals, Windows Cryptography xidmətlərini və o cümlədən Windows Virtualization, Microsoft Edge və digər servisləri əhatə edir.
        Çox güman ki, Windows 10 Mobile üçün təqdim edilmiş bu sistem yenilənməsi son olacaq. Belə ki, sözügedən mobil əməliyyat sisteminin dəstəyi artıq 10 dekabr tarixində dayandırılacaq. Həmin tarixdən sonra şirkət Windows 10 Mobile üçün təhlükəsizlik və mütəmadi paket yenilənmələrini təqdim etməyəcək. Lakin Windows smartfonlar üçün nəzərdə tutulmuş tətbiqlər mağazası öz fəaliyyətini davam etdirəcək.
    Linki kopyala