main-post-cover

    Microsoft Edge, mart ayının ən çox yüklənən 2-ci brauzeri oldu

    Elm & Texnologiya
    06.04.2020
    Nijat Hamid
            Microsoft, Internet Explorer proyektini sonlandıraraq tamamilə Chromium (Chrome, Opera, Yandex kimi) bazası üzərində Edge brauzerini hazırladı. Beta versiyalarından etibarən bir xeyli diqqət çəkən yeni brauzer sevilməyə başlamışdı. O qədər sevilməyə başlandı ki, Google tərəfindən Chrome brauzerinə ilk dəfə rəqib olaraq görüldü. İndi isə araşdırma şirkəti olan Netmarketshare-in paylaşdığı Mart statistikasına baxanda maraqlı görüntülər görmək mümkündür.

    Mart ayında Microsoft Edge brauzeri, Google Chrome-dan sonra ən çox yüklənən brauzer oldu.

            Şəkildən göründüyü kimi Firefox brauzeri artıq 3-cü pilləyə düşüb. Microsoft tərəfindən bildirilən məlumata göre Edge brauzeri populyarlaşmağa davam edir və artıq digər brauzerləri yükləmək üçün istifadə edilən brauzer olmaqdan uzaqlaşa biliblər. Lakin göründüyü kimi brauzer ekosistemində hələ də lider Google Chrome-un əlindədir. 68.50%-lik nəhəng pay ilə Google, bu bazardakı yerini heç bir şirkətə vermək istəmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər